Klubların məşqləri bərpa etməsinə yenə icazə verilmədi – Azərbaycanda

“Son yumşalma mərhələsində futbol komandalarının kiçik qruplar şəklində məşqə başlamaları ilə bağlı qərar yoxdur”.

Komanda.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, məsələ aktiv müzakirə fazasındadı: “Vəziyyətdən asılı olaraq, növbəti mərhələlərdə buna qayıdıla bilər”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də dayandırılıb.