
“Klublarımız “Qarabağ”dan daha güclüdür” – Rusiyalı sabiq futbolçu
Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Mostovoy yerli klubların səviyyəsini “Qarabağ”la müqayisə edib.
Komanda.az xəbər verir ki, “Sovetski sport”-a danışan sabiq futbolçu Rusiya klublarının Azərbaycan çempionundan güclü olduğunu deyib:
“Hazırkı format və 15 əcnəbi oyunçu ilə “Zenit” mütləq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanardı. ÇSKA da Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə əldə edərdi. Klublarımız “Kayrat” və “Qarabağ”dan daha güclüdür. Amma təbii ki, inkişaf üçün daha da çox işləmək hər zaman lazımdır”.
57 yaşlı sabiq futbolçu “Spartak” (Moskva), “Benfika”, “Kan”, “Strasburq”, “Selta” və “Alaves” kimi klublarda oynayıb.
FİFA və UEFA-nın qadağaları səbəbindən Rusiya klubları və milli komandaları beynəlxalq yarışlarda iştirak edə bilmirlər.
“Qarabağ” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb və turnirin bu mərhələsində “Nyukasl”la (İngiltərə) qarşılaşacaq.
Bizi Facebook-da izləyin



