“Klub prezidentinin Ronaldonu satması səhv qərar idi” – Kalderon

“Real”ın keçmiş prezidenti Ramon Kalderon klubun transfer siyasəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kalderon “kral klubu”nun PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istəməsi ilə bağlı danışıb:

“Mbappe hər kəsin arzuladığı futbolçudur. O, gənc yaşda azarkeşlərin marağını çəkməyi bacarıb. Düşünürəm ki, onun ən yaxşı vəziyyəti bu deyil. Böyük klublar hər zaman ən yaxşı futbolçulara sahib olmağı arzu edir”.

Kalderon, “Real”ın Kriştiano Ronaldonu “Yuventus”a satmasına da toxunub:

“Ronaldo uğur qazanmaq istəyən gənclərə örnəkdir. Çox az insanın əldə edə biləcəyi uğurlar qazandı. Klub prezidentinin Ronaldonu satması səhv qərar idi. Ronaldo hələ də dünyanın ən yaxşılarından biri olduğunu sübut edir”.