Kloze onu bəyənib

“Bayern”in və Almaniya yığmasının sabiq üzvü Miroslav Kloze millinin hücumçusu Niklas Fullkruq haqda danışıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, keçmiş futbolçu, DÇ-2022-nin qrup mərhələsinin ikinci turunun İspaniya ilə oyununda (1:1) almanların yeganə qolunun müəllifini tərifləyib:

“O, rəqibin cərimə meydançasında yaxşı mövqe tutur. Vəziyyəti düzgün başa düşür. Onun yaxşı baş zərbələri var”.

Almaniya millisi bu gün DÇ-2022-nin qrup mərhələsinin sonuncu matçında Kosta Rika yığması ilə qarşılaşacaq. Hans-Diter Flikin komandası E qrupunda sonuncu pillədə olsa da, mübarizəni davam etdirmək üçün hələ də şansı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button