Kloze baş məşqçi təyin edilməsindən danışdı

“Bayern”in sabiq futbolçusu Miroslav Kloze Avstriyanın “Altaç” komandasının baş məşqçisi olub.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Kloze doğru yerdə olduğunu deyib:

“Mən bu yeni çağırış üçün çox həyəcanlıyam. Danışıqlar tez və asanlıqla keçdi. Bu, mənim doğru yerdə olduğumu göstərən müsbət haldır. Klub rəhbərliyi ilə ilk söhbətlər həqiqətən də açıq idi və mən burada işləmək istədiyimi dərhal anladım. İndi komanda, klub heyəti və əlbəttə ki, azarkeşlərlə tanış olmaq üçün səbirsizlənirəm”.

Kloze futbolçu karyerasını başa vurduqdan sonra Almaniya millisində baş məşqçinin köməkçisi olub. O, son olaraq “Bayern”də köməkçi məşqçi kimi çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button