Kloppu əvəz edəcək məşqçinin adına aydınlıq gəlib

Niderlandlı mütəxəssis Arne Slot “Liverpul” rəhbərliyi ilə danışıqlar aparır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər razılığa yaxındırlar. “Liverpul” niderlandlı çalışdırıcı ilə 2028-ci ilin ortalarına qədər davam edəcək uzunmüddətli müqavilə imzalayacaq.

“Qırmızılar” məşqçinin vaxtından əvvəl gedişinə görə “Feyenoord”a 12 milyon avro təzminat ödəməli olacaqlar.

Hazırkı baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandanı tərk edəcək.

“Liverpul” hazırda Premyer Liqada turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button