Klopp Levandovskini İngiltərəyə gətirmək istəyir

“Liverpul” “Bayern”in hücumçusu Robert Levandovskini transfer edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əvvəllər Dortmund “Borussiya”sında Yurgen Kloppla birlikdə çalışmış polşalı hücumçu gələn mövsüm “Liverpul”da alman məşqçi ilə yenidən bir araya gələ bilər.

33 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Levandovski cari mövsümdə “Bayern”lə bütün turnirlərdə 37 oyuna çıxıb və 45 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button