Klopp İngiltərədə ilin məşqçisi elan olundu

Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümünün çempionu olan “Liverpul”un baş məşqçisi Yurgen Klopp ilin məşqçisi elan edilib.

Komanda.az xəbər verir ki, o, İngiltərə Məşqçilər Birliyi (LMA) tərəfindən bu ölkədə çalışan mütəxəssislər arasında keçirilmiş sorğuda bütün həmkarlarını qabaqlayıb.

“Lids”in baş məşqçisi Marselo Byelsa da Çempionşipdə ilin ən yaxşısı seçilib. Klopp bu mövsüm “Liverpul”u 30 illik fasilədən sonra İngiltərə çempionu edibsə, Byelsa da “Lids”i 16 il sonra Premyer Liqaya çıxarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button