Klopp: “Mən bir az axmağam”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bildirib ki, mersisaydlılar Premyer Liqanın 28-ci turunun “Mançester Siti” ilə qarşıdakı oyunu barədə düşünmürlər.

Komanda.az klubun rəsmi saytına istinadən xəbə verir ki, almaniyalı baş məşqçi yarışlar arasında fərq qoymadığını söyləyib:

“Bildiyim qədər, cümə axşamı cəmi bir oyunumuz var (Avropa Liqasında “Sparta” ilə). Bu, hazırda ən vacib oyundur. Yarışlar arasında fərq qoysaydıq, Liqa kubokunu qazanmazdıq, İngiltərə kubokunun növbəti mərhələsinə vəsiqə əldə etməzdik və Avropa Liqasından kənarda qalardıq. Amma biz bunu etmirik. Bəlkə, bunu etmək daha ağıllı olardı, amma mən bir az axmağam. Hər matçda maksimum oynayırıq və cümə axşamı da belə olacaq”.

“Liverpul” bu gün Avropa Liqasında “Sparta” ilə qarşılaşacaq. Oyun Çexiyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button