Tuxel: “Klopp gülməli oğlandır” 

“Çelsi”nin baş məşqçisi Tomas Tuxel “Liverpul”un çalışdırıcısı Yurgen Klopp haqqında fikirlərini açıqlayıb.

Komanda.az ESPN-ə istinadən xəbər verir ki, o, Kloppu gülməli oğlan adlandırıb:

“Klopp autsayder kimi görünməkdə ustadır. O, sizi inandıra bilər ki, hər şeydən uzaqdır, bunu dəfələrlə edib. Klopp gülməli oğlandır, dünyanın ən yaxşılarından biridir. Bütün ölkənin “Liverpul”u sevdiyini hiss edirsiz”.

Bu gün “Çelsi” və “Liverpul” İngiltərə kubokunun finalında, “Uembli”də qarşılaşacaq.