Klopp Çempionlar Liqasındakı favoritlərini açıqladı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp cari mövsümdə UEFA Çempionlar Liqasındakı favorit komandalarını açıqlayıb.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, cari mövsümdə qitənin ən nüfuzlu klub turniri üçün “Bavariya” və “Mançester Siti”ni favorit gördüyünü deyib:

“Mənim üçün yarışdakı favorit klublar “Bavariya” və “Mançester Siti”dir. Bu komandaların oyunları maraqlı olardı.  “Bavariya” Almaniyada koronavirusla bağlı yaranan fasilədən əvvəl də, sonra da əla oyunlar keçirdi. Hans-Diter Flikin komandanı çalışdırmasından sonra etdikləri həqiqətən çox təsiredicidir. “Mançester Siti”nin də turnirdə böyük şansı var. Hər kəsin şansa ehtiyacı var, amma bu turnirdə qalib olmaq istəyirsizsə, ən yaxşı şəkildə hazırlaşmalısız”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button