Klopp: “Çempion olacağımıza inanmıram”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp komandasının bu mövsüm qızıl medal qazanacağına şübhə edir.

Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı çempion olacaqlarına inanmadığını söyləyib:

“Çempion olacağımıza inanmıram. Turnir cədvəlində vəziyyət elədir ki, indi İngiltərə çempionatını qazanmaq haqda düşünmək çətindir. Amma bu problem hesab olunurmu? Mən belə düşünmürəm. Gəlin görək bundan sonra nə olacaq”.

“Liverpul” bu gün Premyer Liqanın 35-ci turu çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşacaq.

Kloppun komandası hazırda 74 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Arsenal”ın qərarlaşdığı 1-ci yerlə fərq üç xaldır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button