“Bu qələbəni onlara həsr etmək istəyirəm” – Bekker

Çempionlar Liqasının final oyununda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul”un qapıçısı Alisson Bekker açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına isinadən xəbər verir ki, braziliyalı qapıçı, baş məşqçisi Yurgen Klopun bu kuboku qazanmağa layiq olduğunu deyib:

“Klopp bu kuboku qazanmağa layiqdir. O, “Liverpul”u yenidən Avropanın ən yaxşı komandası etməyi bacardı.

Çətin işimə baxmayaraq, hər zaman yanımda olan və mənə kömək edən ailəmə təşəkkür edirəm. Bu qələbəni onlara həsr etmək istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button