Klopp: “Bu, inanılmaz oyun idi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/8 finalında “Sauthempton”a qalib gəldikləri oyunu (3:0) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, matçın ikinci hissəsinin daha yaxşı keçdiyini deyib:

“Bu, inanılmaz oyun idi. “Sauthempton” çox güclü komandadır, bunu hamımız gördük. İlk hissədə yarımmüdafiəçilərimiz pressinq üçün düzgün vaxt seçə bilmədi. Futbolçular göstərişlərə əməl etməyə çalışsalar da, çətin oldu. Rəqibin şansları var idi, ona görə də çox qaçmalı olduq. İlk qolu vurana qədər hər şeyi sınadıq. Çıxış yolu tapmalı idik, nəticədə bunu bacardıq. İkinci hissə həqiqətən də, daha yaxşı keçdi”.

“Liverpul” turnirin 1/4 finalına yüksələrək, növbəti oyunda “Mançester Yunayted”lə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button