Klopp: “Bir adam məsuliyyət daşıyır, o da Putindir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə hökumətinin “Çelsi”yə qarşı tətbiq etdiyi sanksiyalar barədə danışıb.

Komanda.az İngiltərə mətbuatına istunadən xəbər verir ki, 54 yaşlı alman mütəxəssis hər şeyə görə Rusiya prezidenti Vladimir Putinin məsuliyyət daşıdığını deyib:

“Tomas Tuxellə (“Çelsi”nin baş məşqçisi) bir-birimizi tanıyırıq. Amma sadəcə oyunlarda söhbət edirik. O, futbolçular və “Çelsi”dəki işçilər yaşananlara görə məsuliyyət daşımırlar. Bir adam məsuliyyət daşıyır, o da Vladimir Putindir. Roman Abramoviçin prosesdə necə rol oynadığını bilmirəm, ancaq onların yaxın olduqlarını təxmin edirəm. “Çelsi”dəki insanlar və azarkeşlər üçün bu vəziyyət yaxşı deyil, anlayıram. Ancaq düzü, hökumətin etdiklərinin doğru olduğunu düşünürəm”.

Rusiyanın Ukraynaya hücumundan sonra “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviçin aktivləri dondurulub. Nəticədə “Çelsi”yə aid olan hesablar bağlanıb. London klubuna transfer və bilet satışı qadağası da qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button