Klopp 200-ə çatdı

İngiltərə Premyer iqasının 22-ci turunda “Çelsi” ilə matç “Liverpul”un baş məşqçisi Yurgen Klopp üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, onun komandası görüşdə rəqibini 4:1 hesabı ilə məğlub edib. Bu, Yurgen Kloppun “Liverpul”la Premyer Liqada qazandığı 200-cu qələbə olub.

Almaniyalı mütəxəssis bu həddə çatan 7 məşqçidən biridir. Daha əvvəl Aleks Ferqyuson, Arsen Venger, Harri Rednapp, Joze Mourinyo, David Moyes və Xosep Qvardiola öz komandaları ilə Premyer Liqada 200 və daha çox qələbə qazanıblar. Yalnız Qvardiola Kloppdan 200 daha sürətli qələbə qazanıb – 269 matçda (318-ə qarşı).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button