Klattenburq yenidən yaşıl meydanlarda

İngilis hakim Mark Klattenburq yenidən yaşıl meydanlara qayıdacaq.

Komanda.az xəbər verir ki, bu barədə Klattenburq “The Sun” nəşrinə açıqlamasında deyib. O, martdan etibarən Çin Super Liqasında hakimlik edəcəyini bildirib.

Klattenburq 2004-2017-ci illər aralığında İngiltərə Premyer Liqası matçlarını idarə edib. 43 yaşlı referi 2017-ci ildə karyerasını dayandırmışdı.

Klattenburq 2016-cı ildə İngiltərə Federasiya kubokunun, Çempionlar Liqasının və Avropa Çempionatının final matçını idarə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button