“Qarabağ”ı ud, 5 min avronu al

Kiprin APOEL klubu futbolçularına Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Qarabağ”la görüşdə qələbəyə görə yüksək mükafat vəd edib.

Komanda.az Kipr mətuatına istinadən xəbər verir ki, Tomas Dollun rəhbərlik etdiyi kollektiv “Qarabağ”la oyunda qələbə qazansa, əsas heyətdə meydana çıxacaq hər bir futbolçuya 5 min avro mükafat veriləcək. Bunu Bakıdakı görüşdən sonra paltardəyişmə otağına girən klub prezidenti Prodromos Petrides futbolçulara deyib.

APOEL – “Qarabağ” oyunu noyabrın 7-də Nikosiyada keçiriləcək. Komandalar arasında bir neçə gün əvvəl Bakıda baş tutan görüş 2:2 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button