AEL-in baş məşqçisi “Qarabağ”dan danışdı

Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkes Konfrans Liqasının 3-cü mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, serbiyalı mütəxəssis, “Qarabağ”ın Albaniya “Vlazniya”sından daha güclü olduğunu deyib:

“Qarabağ” fərqli komandadır. “Vlazniya”dan daha yaxşıdır. Qarşıda iki oyun var və inanırıq ki, növbəti mərhələyə vəsiqə əldə edəcəyik”.

“Qarabağ” AEL-lə ilk matçı avqustun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı isə avqustun 12-də Bakıda olacaq.