“Birinci yer üçün çalışacağıq” – Kipr Futbol Assosiasiyasının rəsmisi

Kipr Futbol Assosiasiyasının vitse-prezidenti Mixalis Pekris UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan Pekris, ən yaxşı nəticəyə nail olmaq istədiklərini bildirib:

“Qrupumuz yaxşıdır. Birinci yer üçün çalışacağıq. Birinci olan komanda yarışın final mərhələsində mübarizə aparacaq və daha yüksək liqaya vəsiqə qazanacaq. Sonuncu olan yığma isə aşağı liqaya düşəcək.

6 matçın hamısına final oyunu kimi çıxacağıq. Futbolçular meydanda mübarizə aparacaqlar. Yeni bir başlanğıc var. Ən yaxşı nəticəyə nail olmaq üçün yenidən təşəbbüs göstərilib. Federasiyanın gördüyü və görəcəyi tədbirlərlə səviyyəni yüksəldəcəyik. Ən əsası, futbol oynamaqdır”.

Azərbaycan millisi UEFA Millətlər Liqasının C Liqasında Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button