“Kimsə Mbappeyə “dayan” deməlidir” – keçmiş futbolçu

“Liverpul”un və İngiltərə millisinin sabiq müdafiəçisi Cimi Karrager PSJ-nin hücumçusu Kilian Mbappeni eqoist və məsuliyyətsiz davrandığına görə tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Karrager Mbappeni heyrətamiz adlandırıb:

“Məsələ ondadır ki, biz hamımız Mbappeni bir oyunçu kimi sevirik, o, heyrətamizdir. Ancaq planetin ən yaxşı futbolçularından biri olan 23 yaşlı oğlan üçün həddindən artıq eqoizm və onu idarə etmək istəyi var. O, hələ gəncdir, məncə, kimsə ona “dayan” deməlidir”.

Bundan əvvəl mətbuatda Mbappenin PSJ rəhbərliyinin yerinə yetirilməmiş vədlərindən narazı olduğu və qış transfer pəncərəsində komandanı tərk etməkdə qərarlı olduğu barədə məlumatlar yayılmışdı.

“Liverpul” və “Real” futbolçuya əsas namizədlərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button