Pedri komanda yoldaşı haqda: “Heyvandır”

“Barselona”nın yarımmüdafiəçisi Pedri Kataloniya klubunun yeni futbolçuları haqda fikirlərini açıqlayıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, yeni transferlərdən Frenk Kessyeni heyvan adlandırıb:

“Kessye sadəcə bir heyvandır. İnsanlar onunla toqquşanda üç metr kənara uçurlar. Frenkə qarşı məşqdə ümumiyyətlə, oynamamağa çalışıram”.

O, həmçinin Andreas Kristensen, Jul Kunde və Markos Alonsonun fiziki cəhətdən çox güclü olduğunu qeyd edib.

La Liqanın 6 turundan sonra “Barselona” 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İspaniya çempionatının lideri 18 xalla “Real”dır.

Bizi Telegramda izləyin