Sezar 100-ə çatdı – 8 ilə

“Keşlə”nin futbolçusu Sezar Meza Kolli Azərbaycan Premyer Liqasında yubiley matçını keçirib.

Komanda.az xəbər verir ki, 20-ci turun “Sumqayıt”la görüşü (2:2) legioner yarımmüdafiəçinin 100-cü oyunu olub. Paraqvaylı futbolçu bu görüşlərdə 13 qol vurub.

Ölkəmizdə 2013/14 mövsümündə debüt edən Sezar bu müddətdə iki klubun formasını geyinib. O, fasilələrlə çıxış etdiyi “Keşlə”dəki 81 matçda 9 qol vurub. Yarımmüdafiəçi “Zirə”də oynadığı 2016/17 mövsümünün 19 qarşılaşmasında 4 dəfə fərqlənib.

Sezar çempionatda ilk oyununu 2013-cü il sentyabrın 12-də, səfərdə “Neftçi”yə qarşı (1:3) keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button