“Keşlə”nin baş məşqçisi qovuldu – təhqirə görə

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 5-ci turunda qarşılaşdıqları “Qarabağ”la oyunda texniki zonadan qovulub.

Komanda.az xəbər verir ki, o, hakimə etiraz etdiyi üçün 45-ci dəqiqədə ardıcıl 2 sarı vərəqə alıb və tribunaya göndərilib.

İlk hissənin sonlarında “Keşlə”nin futbolçusu Elçin Mustafayev “Qarabag”ın müdafiəçisi Toral Bayramova qarşı kobud oynayıb və sarı vərəqə alıb. Sənan Qurbanov da məhz bu sarı vərəqəyə etiraz etdiyi üçün sarı vərəqə alıb. O, etirazlarını bundan sonra da davam etdirdiyi və hakimi təhqir etdiyi üçün qarşısında qırmızı vərəqə də görüb.

“Keşlə” – “Qarabağ” matçında birinci hissədən sonra qonaqlar minimal hesabla öndədirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button