“Keşlə”də paraqvaylı futbolçu – Rəsmi

Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən “Keşlə” növbəti transferini reallaşdırıb.

Komanda.az klubun rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, “Keşlə” Lorenzo Frutosla müqavilə imzalayıb. Paraqvay vətəndaşı olan futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 il təşkil edir.

1989-cu il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuelanın “Deportivo Lara” komandası olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de Amerika”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button