“Keşlə” – “Sumqayıt” matçında gözlənilməz dəyişiklik

Azərbaycan Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən “Keşlə” – “Sumqayıt” matçının gedişində baş hakim əvəz olunub.

Komanda.az-ın matça ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, oyunun baş hakimi olan Rauf Cabbarov fasilədən sonra ehtiyat hakim Rauf Allahverdiyevlə əvəz edilib. Bunu görüşün ikinci hissəsi başlayarkən, stadiondakı diktor elan edib. Cabbarovun baş hakim kimi oyuna davam etməməsinin səbəbi tam bilinməsə də, onun ilk hissədə zədələndiyi ehtimal olunur.

Cabbarov oyuna ehtiyat hakim kimi davam edib.

Hazırda davam edən oyunda “Keşlə” “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button