“Keşlə” növbəti transferini rəsmən açıqladı

“Keşlə” növbəti transferini rəsmiləşdirib.

Komanda.az xəbər verir ki, paytaxt klubu yarımmüdafiəçi Sadio Tounkaranı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə müqavilənin müddəti mövsümün sonuna qədərdir.

Daha əvvəl ölkəmizdə “Xəzər Lənkəran”, AZAL və “Zirə” klublarında oynamış malili yarımmüdafiəçi Kiprin “EN Paralimniou” və Estoniyanın “Narva Trans” klublarında da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button