“Sabah”dan ayrılan futbolçu “Keşlə”də – rəsmi

“Keşlə” bir müddət əvvəl “Sabah”dan ayrılan yarımmüdafiəçi Yevgeni Koçuku heyətinə qatıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

Koçuk buna qədər Moldovanın “Daçia”, Slovakiyanın “Jilina”, Azərbaycanın “Səbail” və “Sabah” klublarında çıxış edib. Həmçinin, 2015-ci ildən Moldova milli komandasına dəvət alan futbolçu, yığmada 25 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button