“Keşlə”nin rəqibi “Zenit”in futbolçusu ilə gücləndi

“Keşlə”nin Konfrans Liqasının 2-ci mərhələsindəki rəqibi “Soçi” (Rusiya) heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Zenit”dən Emanuel Mammananı icarəyə götürüb. Bu barədə “Zenit”in mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu 2022-ci ilin yayına qədər icarə əsasında “Soçi”də çıxış edəcək.

Müdafiəçi ötən mövsümü də məhz “Soçi”də keçirib. Mammana bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Soçi” ilə üz-üzə gələcək. Bakı komandası ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.