“Keşlə” Sadio Tounkaranı geri qaytardı

“Keşlə” sabiq yarımmüdafiəçisi Sadio Tounkaranı geri qaytarıb.

Komanda.az xəbər verir ki, komandaya azad agent kimi cəlb olunan malili yarımmüdafiəçi ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı vinger bu gün “Keşlə-2”nin heyətində “Sabah-2″yə qarşı 1-ci divizionun 2-ci tur matçında start heyətdə meydana çıxıb.

“Keşlə” ötən mövsümün sonunda Sadio Tounkara ilə yollarını ayırmışdı. Afrikalı futbolçu Azərbaycanda daha əvvəl “Xəzər Lənkəran”, “Turan Tovuz” və “Zirə”nin də formasını geyinib.