“Keşlə” rekordunu təkrarladı: 3-cü “3”

“Keşlə” Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü “quru oyun”unu keçirib.

Komanda.az PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun yetirmələri “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib. Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı “quru” keçirən paytaxt təmsilçisinin seriyası 4-cü turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.

Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır.