Anqola millisinin üzvü “Keşlə”də – Rəsmi

“Keşlə” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi Aleksandr Kristovaonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Anqolalı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

26 yaşlı futbolçu karyerasına Niderlandın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və bir qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanının “Əl-Moyzel” komandası olub.