“Keşlə” argentinalı müdafiəçi ilə gücləndi

“Keşlə” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi argentinalı mərkəz müdafiəçisi Franko Floresi transfer edib. Floreslə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.

Floresin son klubu Hondurasın “Real CD Espanya” komandası olub. O, 2019/2020 mövsümündə də paytaxt təmsilçisində çıxış edib