“Keşlə” 10 futbolçu ilə müqaviləni yenilədi – rəsmi

“Keşlə” klubu 10 futbolçusu ilə müqaviləni yeniləyib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tərlan Quliyev, Tural Axundov, Kamal Bayramov, İlkin Qırtımov, Miyusko Boyoviç, Rail Məlikov, Ruslan Əmircanov, Stanislav Namaşko, Rafael Məhərrəmli və Elçin Mustafayevin müqaviləsinin müddəti daha bir il artırılıb.

Azərbaycan kubokunun son qalibi “Keşlə” yeni mövsümdə Konfrans Liqasında mübarizə aparacaq.