“Mançester Yunayted” onu İngiltərəyə qaytarmaq istəyir

İspaniyanın “Atletiko” klubunun futbolçusu Kiran Trippyer karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu “Mançester Yunayted”in hədəfindədir. Müdafiə xəttində rəqabət yaratmaq istəyən “qırmızı şeytanlar” Trippyerin keçidi üçün hərəkətə keçəcək.

İngiltərəli futbolçunun transfer qiyməti 20 milyon avro olaraq göstərilir.

Trippyer “Atletiko”ya “Tottenhem”dən transfer olunub. Onun Madrid klubu ilə müqaviləsi 2022-ci ilin yazında başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button