Keçmiş futbolçudan Abramoviçə – “Siz dünyanın ən yaxşı klub sahibisiz”

“Çelsi”nin keçmiş kapitanı Con Terri Roman Abramoviçə təşəkkür edib və onu klubun ən yaxşı sahibi adlandırıb.

Komanda.az xəbər verir ki, Terri sosial şəbəkə hesabında bunları yazıb:

“Təşəkkürümü ifadə etmək üçün heç vaxt kifayət qədər sözlərim olmayacaq. Həm meydanda, həm də meydandan kənarda mənə verdiyiniz dəstək həmişəlik mənimlə qalacaq. Siz dünya səviyyəli kişilər və qadınlar komandası, dünya səviyyəli akademiya yaratdız, hamımıza ən yaxşı olmağa və arzularımıza çatmağa imkan verdiz. Sizin irsiniz və adınız əbədi olaraq xatırlanacaq. Siz dünyanın ən yaxşı klub sahibisiz. Hər şey üçün təşəkkür edirəm”.

Abramoviç 2003-2022-ci illərdə “Çelsi”nin sahibi olub. Bu ilin may ayında rusiyalı iş adamı klubu amerikalı Todd Boelinin rəhbərlik etdiyi konsorsiuma və “Clearlake Capital” investisiya şirkətinə satıb.

Bizi Telegramda izləyin