Kazemironun yeni klubu bəlli oldu

Braziliya millisinin üzvü Kazemiro ABŞ-nin “İnter Mayami” klubuna transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

Kazemiro son olaraq İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edib. O, 2022-ci ilin yayında qoşulduğu komandanın heyətində İngiltərə Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub.

Təcrübəli futbolçu daha əvvəl Braziliyanın “San-Paulu”, Portuqaliyanın “Portu” və İspaniyanın “Real” klublarının da formasını geyinib. O, Madrid təmsilçisi ilə beş dəfə UEFA Çempionlar Liqasının, üç dəfə İspaniya çempionatının, üç dəfə İspaniya Superkubokunun, üç dəfə UEFA Superkubokunun və FIFA Klublararası dünya çempionatının qalibi olub. Bundan başqa, bir dəfə İspaniya Kubokunu qazanıb.

Kazemiro Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokuna sahib çıxıb.

Qeyd edək ki, “İnter Mayami”nin kapitanı Argentina millisinin hücumçusu Lionel Messidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button