Kazemiro üçün ödənilən pula təəccüblənib – Keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq qapıçısı Peter Şmeyxel braziliyalı yarımmüdafiəçi Kazemironun “Real”dan İngiltərə klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, Şmeyxel, Kazemironun transferi üçün ödənilən pulun məbləğinə təəccübləndiyini deyib:

“Kazemironun yaşını nəzərə alaraq transferin məbləği və onun maaşı məni təəccübləndirdi. Onun işinin öhdəsindən gələ biləcəyini bilmirik. Bəlkə də, İngiltərə Premyer Liqasında təcrübəsi olan biriylə müqavilə bağlamaq daha yaxşı olardı”.

Daha əvvəl bildirilmişdi ki, 30 yaşlı Kazemiro üçün “Real” 60 milyon avro alacaq, daha 10 milyon avro isə bonus olaraq ödənilə bilər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button