
Kaysedo qərarını verib
“Çelsi”nin yarımmüdafiəçisi Moyses Kaysedonun yay transfer dövründə klubunu dəyişmək fürsəti yarana bilər.
Komanda.az “Football365”-ə istinadən xəbər verir ki, ekvadorlu futbolçunun xidmətində PSJ maraqlıdır. Ancaq o, Paris klubuna keçmək niyyətində deyil. Bildirilir ki, Kaysedo karyerasını “Stemford Bric”də davam etdirmək istəyir və “Çelsi”də qalmağa üstünlük verir.
24 yaşlı oyunçu 2023-cü ilin avqustundan London klubunun formasını geyinir. Onun transfer dəyəri hazırda təxminən 110 milyon avro qiymətləndirilir. O, cari mövsümdə Premyer Liqada 29 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



