Kaysedo daha bir oyunu buraxacaq

“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandanın yarımmüdafiəçisi Moyses Kaysedonun “Lids”ə qarşı (3:1) oyunu buraxmasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Arsenal”la matçda meydandan qovulan futbolçunun “Bornmut”a qarşı oyunda da iştirak etməyəcəyini bildirib:

“Kaysedo “Lids”ə qarşı oyunu buraxdı və növbəti – “Bornmut”a qarşı oyunu da buraxacaq. O, bizim üçün çox vacibdir, Koul Palmer də elədir. Onun səviyyədə oyunçusu olmadan istənilən komanda əziyyət çəkərdi”.

“Çelsi”nin “Bornmut”a qarşı oyunu 6 dekabrda keçiriləcək. London klubu Premyer Liqanın 14 turundan sonra turnir cədvəlində dördüncü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button