Kavani Portuqaliya yolunda

Mövsümün sonunda PSJ-dən ayrılan Edinson Kavani karyerasını “Benfika”da davam etdirməyə yaxındır.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya klubu 33 yaşlı hücumçuyla danışıqlar aparır. Bunu komandanın baş məşqçisi Jorje Jesus da təsdiqləyib:

“Klub prezidenti bu transferin reallaşması üçün hər şeyi edir, amma işin maliyyə tərəfləri asan deyil. Əsas problem də Kavaninin məvacibidir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button