Kasilyas: “Messi buna layiqdir”

İspaniya La Liqasının son turunda “Espanyol”a 2:0 hesabı ilə qalib gələn “Barselona”nın hücumçusu Lionel Messi, La Liqada 334-cü qələbəsini əldə edərək, “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu qırıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda “Portu”nun şərəfini qoruyan Kasilyas, açıqlama verərək, Messinin buna layiq olduğunu deyib:

“Bu rekordu “Real”ın futbolçularından birinin qırmasını istəyərdim. Amma belə rekordlar qırılmaq üçün var və Messi buna layiqdir. Gələcəkdə başqa bir futbolçu da onun rekordunu qıracaq. Belə rekordlar hər zaman yenilənir. Buna əminəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button