Kasadonun Fransa klubuna keçidi təxirə salınıb

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasadonun “Monako”ya keçidi müvəqqəti olaraq dayandırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun Fransa klubuna transferi artıq tam razılaşdırılmışdı, ancaq oyunçunun agenti Jorje Mendeş prosesə müdaxilə edərək sözləşməni dayandırıb.

Agent Kasaodonu potensial olaraq Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna təklif etməyi planlaşdırır. Bu isə Joao Kanselo ilə bağlı mümkün bir transfer paketinin tərkib hissəsi ola bilər.

Bununla belə, Kasadonun “Monako”ya keçidi tamamilə gündəmdən çıxmayıb. Futbolçunun özü də karyerasını Avropada davam etdirmək istəyir, ancaq “Əl-Hilal”ın yüksək maliyyə təklifi onun qərarına təsir göstərə bilər.

İspaniyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button