“Karyeramı qələbə ilə bitirmək istəyirəm” – Zabit Səmədov

“Mən tanınmış idmançı ilə görüşmək istəyirdim. Antonio Silva da tanınmış idmançıdır”.

Komanda.az xəbər verir ki, bu sözləri karyerasının son döyüşünü keçirəcək Zabit Səmədov bu gün təşkil olunmuş mətbuat konfransında deyib.

“Əvvəl vida döyüşüm üçün başqa idmançıları gətirmək istədik. Amma alınmadı. Bu dəfə Antonio Silvanı gətirə bildik. O, tanınmış olsa da, əvvəlki kimi güclü deyil. Mən də ona qalib gəlib karyeramı bitirmək istəyirəm”.

Səmədov bildirib ki, karyerasını bitirdikdən sonra film sektorunda işini davam etdirəcək: “Vətən” filmi olacaq. Orada da bir rolda yer alacağam. Möhtəşəm layihə olacaq. Ümumiyyətlə, karyeramı bu yöndə davam etdirməyi planlayıram”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button