“Karyeram ərzində çox fədakarlıqlar etdim” – Salah

Çempionlar Liqasının final oyununda “Tottenhem”i 2:0 hesabı ilə məğlub edən “Liverpul”un futbolçusu Məhəmməd Salah matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, misirli futbolçu, qələbəni belə şərh edib:

“Hamımız çox xoşbəxtik. Ardıcıl iki dəfə final matçında olduğumuz üçün və nəhayət, 90 dəqiqə meydanda qaldığım üçün xoşbəxtəm. Hər kəs bu gün əlindən gələnin ən yaxşısını etdi. Fərdi olaraq mükəmməl bir oyun yox idi, amma bütün komanda inanılmaz idi.

Karyeram ərzində çox fədakarlıqlar etdim. Qahirədəki bir qəsəbədən çıxıb, bu səviyyədə uğur qazanan misirli bir futbolçu olmaq mənim üçün inanılmazdır”.

Videotəkrar sistemi (VAR) haqqında danışan futbolçu, “Növbəti mövsüm Premyer Liqada VAR-ı daha yaxşı tanıyacağıq. Hazırda bunu bəyənirəm” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button