
“Karvan-Yevlax” daha bir futbolçuya “qapını göstərdi”
“Karvan-Yevlax” klubu futbolçusu Samuel Durrantla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
24 yaşlı vingerin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Durrant 2025/2026 mövsümünün əvvəlində Yevlax klubuna keçmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



