
“Növbəti bir neçə ayda Salahın “Liverpul”la vida mərasimi ola bilər”
“Liverpul”un sabiq oyunçusu Ceymi Karrager hücumçu Məhəmməd Salahın İngiltərə klubundan mümkün gedişi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Komanda hazırda bir sıra zədələrlə mübarizə aparır, o cümlədən, Aleksander İsak da zədələnib. Buna görə də, klubun yanvar ayında Məhəmmədi buraxması ehtimalı azdır. Lakin növbəti bir neçə ay ərzində Salahın “Liverpul”la vida mərasimi ola bilər”.
Misirli futbolçu 2017-ci ildən “Liverpul”da çıxış edir. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır. 33 yaşlı forvard bu mövsüm Premyer Liqada 14 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə edib.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.
Bizi Facebook-da izləyin



