
Karrager: “Bellingemdə Cerrardda olmayan özünəinam var”
“Liverpul”un sabiq müdafiəçisi Ceymi Karrager, İngiltərə millisinin yarımmüdafiəçisi Çud Bellingemin dünya çempionatının 1/4 finalında Norveç yığmasına qarşı keçirilən oyundakı çıxışını dəyərləndirib.
Komanda.az “Telegraph”-a istinadən xəbər verir ki, o, futbolçunu “Liverpul”un sabiq oyunçusu Stiven Cerrardla müqayisə edib:
“Biz həmişə Bellingemin dünya səviyyəli oyunçu olduğunu bilirdik. Amma çoxumuz onun düşündüyümüzdən də yaxşı olduğu ilə razılaşarıq. Cerrard hərtərəfli yarımmüdafiəçi idi, amma milli komandada bəzən özünəinamı çatışmırdı. Bellingemdə isə bu özünəinam var. O, ən böyük oyunlarda parlaya biləcəyinə inanır və bunu meydanda da göstərir. Argentina və ya Fransa yığması ilə oynasa, Lionel Messi və Kilian Mbappe ilə əl sıxarkən belə, özünü onlardan geri görməyəcək”.
Bizi Facebook-da izləyin



