Karlos Teves istefa verdi

Argentinanın “Rosario Sentral” komandasının baş məşqçisi Karlos Teves istefa verib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı mütəxəssis klub rəhbərliyindən narazı olduğu üçün postundan ayrılıb.

Karlos Teves bu ilin iyun ayından “Rosario Sentral”ın baş məşqçisi təyin olunmuşdu. O, bu komandanı bütövlükdə 24 oyuna çıxarıb. “Rosario Sentral” bu görüşlərdə 6 qələbə qazanıb, 10 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. Tevesin komandası mövsümü 28 iştirakçı arasında 20-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button