Ançelottinin DÇ-2022-də azarkeşlik edəcəyi komandalar

“Real”ın baş məşqçisi Karlo Ançelotti Qətərdə keçiriləcək dünya çempionatı haqqında danışıb.

Komanda.az “MadridXtra”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis azarkeşlik edəcəyi yığma komandaların adlaını açıqlayıb:

“Dünya çempionatı? Təbii ki, oyunlara baxacam. Mən Braziliya, Xorvatiya, İspaniya, Fransa, Uruqvay və Almaniyaya azarkeşlik edəcəm”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Açılış mərasimi noyabrın 20-də baş tutacaq. İlk oyunda Qətər millisi Ekvadorla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button